General İsmaili: İranın raket qüdrəti haqda müzakirənin mənası yoxdur
https://azeri.sahartv.ir/news/İran-i300782-general_İsmaili_İranın_raket_qüdrəti_haqda_müzakirənin_mənası_yoxdur
İran İslam Respublikası Ordusu Xatəmul-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının komandanı deyib: İranın müdafiə qüdrəti şəhidlərin qanı bahasına əldə olunub. Buna görə, müdafiə potensialı və raket qüdrəti sahəsi haqqında müzakirələrin heç bir vəchlə mənası yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2018 10:42 Asia/Baku
  • General İsmaili: İranın raket qüdrəti haqda müzakirənin mənası yoxdur
    General İsmaili: İranın raket qüdrəti haqda müzakirənin mənası yoxdur

İran İslam Respublikası Ordusu Xatəmul-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının komandanı deyib: İranın müdafiə qüdrəti şəhidlərin qanı bahasına əldə olunub. Buna görə, müdafiə potensialı və raket qüdrəti sahəsi haqqında müzakirələrin heç bir vəchlə mənası yoxdur.

İRİB-in məlumatına görə, general-mayor Fərzad İsmaili çərşənbə günü bəzi qərb ölkələrinin başçılarıın İranın müdafiə və raket qüdrəti haqda müzakirə üzrə açıqlamaları barədə deyib: İran xalqının müdafiəsi üçün müdafiə potensialı öz şərəfini qorumaq mənasındadır. Düşmənlər üçün isə qalmaqalsız hücuma şərait yaratmaq mənasındadır. Deməli raket potensialı haqda müzakirələrin mənası yoxdur.

İran Ordusu Xatəmul-Ənbiya (s.ə.s) Havadan Müdafiə Qərargahının komandanı İran İslam İnqilabının düşmənlərinin İran xalqı və inqilabına zərbə vurmaq ardınca olduqlarını deyərək xatırladıb: İran düşmənləri müdafiə qüdrəti haqda müzakirə yuxusunu qəbirə aparacaqlar və heç bir müzakirə baş tutmayacaq.