Apr 05, 2018 12:46 Asia/Baku
  • İranın müdafiə naziri Moskvadan Tehrana qayıdıb

İran İslam Respublikası müdafiə naziri 2 günlük Moskva səfərini başa vuraraq, Tehrana qayıdıb.

General-mayor Əmir Hatəmi Moskvaya olan səfəri zamanı 7-ci Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış etməklə yanaşı, Rusiya, Belarus, Serbiya, Pakistan və Qazaxıstanın müdafiə nazirləri ilə görüşüb, ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi barədə danışıqlar aparıb. 

İranın müdafiə naziri çərşənbə günü Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransında deyib: İran İslam Respublikası öz müdafiə qüdrətini artırmağı xüsusilə, raket müdafiə potensialını gücləndirməyi özünün təbii haqqı hesab edir və tam qətiyyətlə bu yolu davam etdirəcək. 

Rusiya baş nazirinin müavini Dmitri Roquzin ilə görüş İranın müdafiə nazirinin Moskva səfərinin digər proqramlarından olub. 

7-ci Beynəlxalq Təhlükəsizlik Konfransı çərşənbə günü Moskvada keçirilib. Konfransda 80 ölkədən gəlmiş yüksək səviyyəli hərbi rəsmilər, müdafiə nazirləri, ordu komandanları, baş qərargah rəisləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. 

Teqlər