Apr 08, 2018 13:15 Asia/Baku
  • Səudiyyəli rəsmilərin region məsələləri haqda hərəkətləri təəssüfləndiricidir

İran İslam Şurası Məclisinin sədri səudiyyəli rəsmilərin region məsələləri haqda son hərəkətlərindən təəssüflənib.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani parlamentin bugünkü plenar iclasında deyib: Səudiyyəlilərin ABŞ-in istiqamətləndirməsi və dəstəkləməsi ilə terrorçu və təkfirçi cərəyanları formalaşdırdıqlarını açıql-aşkar elan etmələri və minlərlə insanı al-qana boyamaları bütün region və dünya ölkələri üçün xəbərdarlıqdır. Çünki onlar ötən illərdə bər-bəzəkli humanist və dini açıqlamalar altında çox mənfur əməllərə əl atmışlar. 

Laricani bildirib: Təəssüfləndirici haldır ki, səudiyyəlilər Ərəbistanın müsəlman xalqının ehtiyatlarının böyük hissəsini ABŞ-ın dəllal rəsmilərinə təqdim ediblər. Amerikalılar bunu alqışlamaq yerinə, bildirirlər ki, Birləşmiş Ştatlar Fars Körfəzi ətrafındakı ölkələri dəstəkləməzlərsə, iki həftə ərzində məhv olacaqlar. 

İran İslam Şurası Məclisinin sədri həmçinin Bəhreyndə İngiltərənin hərbi bazasının rəsmən açılışına toxunaraq deyib: İngiltərə hökuməti Bəhreyn xalqının məzlum müsəlman xalqının əmlakını idarə etmək üzrə bu ölkə xalqının tələbinə diqqət yetirmədən baza yaradıb və öz hərbçilərini oraya ezam edib. 

Son günlər Fələstindəki hadisələrə toxunan Laricani bildirib: Bu hadisələr ABŞ və Ərəbistan kimi bəzi region ölkələr tərəfindən gizli səylərin nəticəsidir. Belə ki, məzlum Fələstin xalqını problemlə üzləşdirməklə, öz düşüncələrində bölgədə vəziyyəti gərginləşdirməklə Fələstin xalqını İordan çayının qərb sahilinin bir hissəsində və Qəzzədə məhdudlaşdırmağa çalışırlar. 

İran İslam Şurası Məclisinin sədri əlavə edib: Görünür sionist rejimin rəsmiləşdirilməsində səudiyyəlilərin alçaqcasına elanı və bu məsələ ilə əlaqədar səudiyyəlilər üçün elan olunan mənafe ilə səudiyyəlilər öz xalqının əmlakını ABŞ-ın xidmətində qarət etməyə və bu nəhs projedə qaravulçu rolunu oynamağa maraq göstərirlər. 

Teqlər