İlk sarı keks yükü İsfahandakı UCF mərkəzinə köçürülüb
-
İlk sarı keks yükü İsfahandakı UCF mərkəzinə köçürülüb
İranın Yəzd vilayətinin Ərdəkan şəhərindəki sarı keks istehsalı zavodundan ilk sarı keks yükü bu gün İran İslam Respublikası prezidentinin göstərişi ilə İsfahandakı UCF mərkəzinə köçürülüb.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Tehranda İslam ölkələri başçılarının sammit zalı məkanından video-konfrans şəklində keçirilmiş bu mərasimdə deyib: Mədənlərdən uran daşının çıxarılması sahəsində səy göstərib, sonra da onu Ərdəkan zavodunda əslində nüvə zəncirinin birinci və ikinci halqası olan sarı keksə çevirən bütün mühəndis və fəhlələrə təşəkkür edirəm.
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi də İranın nüvə sənayesinin müxtəlif bölmələri üzrə 83 nailiyyətin təqdimatı mərasimində İranın nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalmasına, eləcə də MAQATE-nin indiyədək on dəfə İranın nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qaldığını elan etməsinə toxunaraq, deyib: Nüvə anlaşmasının bəzi tərəfləri bu anlaşmada açıq şəkildə vurğulanmış məsələnin əksinə olaraq, öz öhdəliklərinin icrası istiqamətində hərəkət etməyiblər və etimadsızlıq divarı öz yerində qalmaqda davam edir.
İranın Atom Enerjisi Təşkilatının sədri əlavə edib: İran nüvə anlaşmasındakı əhd-peymanına sadiq qalmaqda davam edir, amma əgər başqaları bu anlaşmanı pozarlarsa, İran İslam Respublikası da öz xarici siyasətinin üçlü prinsiplərinə əsasən, lazımi qərarları çıxararaq, öz maraqlarını qoruyacaqdır.
Salehi bildirib ki, İran özünün milli maraqları və məsləhətlərinin təmini istiqamətindəki hərəkətini davam etdirəcək. O, vurğulayıb: Bu yolda İranın bədxahlarının media təbliğatları və şifahi təhdidləri xalqın iradəsinə xələl gətirməyəcəkdir.
İranın nüvə alimlərinin iftixarlı səylərini yüksək qiymətləndirmək və nüvə yanacağı dövriyyəsini təkmilləşdirmək məqsədilə aprelin doqquzu, İranda "milli nüvə texnologiyası günü" adlandırılıbdır.