Həsən Ruhani İlham Əliyevi təbrik edib
İran İslam Respublikası prezidenti İlham Əliyevi bir daha Azərbaycan Respublikası prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Həsən Ruhani bu gün təbrik müraciətində bildirib: İki xalqın tarixi, dini və mədəni ortaqlıqlıqlarına sövkənən İran İslam Respublikası və Azərbaycan Respublikası arasında dost və qardaş münasibətlərin genişlənməsi prossesi iki ölkə rəhbərləri arasında məsləhətləşmələrin davam etməsi ilə davam edəcək.
İİR prezidenti deyib: Bu seçkilərin nəticələri Azərbaycan Respublikası xalqının İlham Əliyev hökumətinin proqramlarına dəstək verdiyini, xalqın İlham Əliyevin tədbiri və rəhbərliyi ilə ölkənin inkişaf və tərəqqi yolunun davam etməsi ilə maraqlanmasını göstərir.
Azərbaycan Respublikasının hazırkı prezidenti İlham Əliyev dünən keçirilən 8-ci prezident seçkilərində səslərin 86 faizini qazanaraq bir daha Azərbaycan Respublikasının prezidenti seçildi.