Apr 14, 2018 14:54 Asia/Baku
  • Ruhani: Amerikanın regiona qarşı təcavüzlərinin dağıntıdan başqa nəticəsi olmayacaq
    Ruhani: Amerikanın regiona qarşı təcavüzlərinin dağıntıdan başqa nəticəsi olmayacaq

İran İslam Respublikası prezidenti deyib: Amerikanın regiondakı təcavüzləri dağıntı və həhv etmədən başqa nəticəsi olmayacaq və Vaşinqton bu təcavüzləri ilə regiondakı fəaliyyətini əsaslandırmaq istəyir.

Həsən Ruhani bu gün dövlət rəsmiləri və müsəlman ölkələrin səfilərinin səadətli məbəs bayramı münasibəti ilə islam inqilabının böyük rəhbəri ilə görüşü mərasimində görəsən ABŞ, sionist rejim və onların Britaniya və Fransa kimi hamilərinin 17 il öncəki hadisələrdən ibrət alıblarmı? sualını verərək sonra belə deyib: Onlar bu gün şərqi Qutədə dəstək verdikləri terrorçuların məğlubiyyətindən əsəbidirlər. 

İran İslam Respublikası prezidenti Suriya xalqının illər boyu əcnəbilərin təcavüzləri qarşısında müqavimət göstərdiklərini və bundan sonrada öz müqavimətini davam etdirəcəyini bildirərək deyib: İran İslam Respublikası daima regionun və dünyanın məzlum xalqlarına dəstək olub və olacaq. İran region dövlətlərinin terrorizm ilə mübarizədə onlara yardım çağırışlarına müsbət cavab verib və öz yardımını davam etdirir. 

İran İslam Respublikası prezidenti düşmənlərin İran xalqına qarşı məkirli planlarının daima xalqın müqaviməti və ayıqlığı ilə puça çıxdığını xatırladaraq deyib: Bu gün İran İslam Respublikası iqtisadi, siyasi, diplomatik və nüvə fəaliyyətləri sahəsində hər zamankından daha hazırlıqlıdır və düşmənin hərhansı məkirli planını yerindəcə boğacaq. 

Teqlər