İran ordusu ABŞ-ın Suriyaya raket hücumunu qınadı
Apr 15, 2018 12:23 Asia/Baku
İran İslam Respublikası ordusu bir bəyanat yayaraq, ABŞ və müttəfiqlərinin Suriyaya olan raket hücumunu pisləyib və bunu imperializmin müqavimət qarşısındakı məğlubiyyətinin nişanəsi adlandırıb.
İran İslam Respublikası ordusu bazar günü bir bəyanat yayaraq, bildirib: ABŞ, Britaniya və Fransanın suriyaya olan raket hücumu terrorçuları aşkar formada himayə sayılır.
Bəyanatda həmçinin deyilir: ABŞ başçıları Suriya dövlətinin kimyəvi silahdan istifadə etdiyini idda edirlər. Halbuki, onalrın özləri Yəmən və Əfqanıstanda sivil əhalinin qırğın edilməsində cinayətkar tərəfi silahlandırmaqla məşğuldurlar.