İran və Türkiyə narkotik maddələrin qaçaq edilməsi ilə birgə mübarizə haqda razılığa gəliblər
https://azeri.sahartv.ir/news/İran-i302698-İran_və_türkiyə_narkotik_maddələrin_qaçaq_edilməsi_ilə_birgə_mübarizə_haqda_razılığa_gəliblər
İran və Türkiyənin narkotik maddələrlə mübarizə polisinin ikinci iclasında tərəflər arasında narkotik maddələrin qaçaq edilməsi ilə birgə mübarizə haqda razılığa gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2018 08:53 Asia/Baku
  • İran və Türkiyə narkotik maddələrin qaçaq edilməsi ilə birgə mübarizə haqda razılığa gəliblər

İran və Türkiyənin narkotik maddələrlə mübarizə polisinin ikinci iclasında tərəflər arasında narkotik maddələrin qaçaq edilməsi ilə birgə mübarizə haqda razılığa gəliblər.

İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikası hüquq-mühafizə qüvvələrinin narkotik maddələrlə mübarizə idarəsinin sədri mayor Məsud Zahidiyan Ankarada Türkiyə polisinin narkotik maddələrlə mübarizə idarəsinin başçısı ilə görüşüb. Bu görüşdə tərəflər ikitərəfli əməkdaşlıqların genişləndirilməsi xüsusilə narkotik maddələrin qaçaq edilməsi ilə mübarizə sahəsində razılığa gəliblər.

Ötən aylar ərzində İran və Türkiyə polisi arasındakı əməkdaşlıqların gedişi habelə, birgə əməliyyat halları barədə də bu görüşdə müzakirələr edilib.