Rusiya İrana yeni nüvə yanacağı verir
https://azeri.sahartv.ir/news/İran-i304174-rusiya_İrana_yeni_nüvə_yanacağı_verir
Rusiyanın Rus Atom Dövlət Şirkəti bildirib: Buşehr Atom Elektrik Stansiyasına yeni nüvə yanacağı təhvil verəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2018 18:59 Asia/Baku
  • Rusiya İrana yeni nüvə yanacağı verir
    Rusiya İrana yeni nüvə yanacağı verir

Rusiyanın Rus Atom Dövlət Şirkəti bildirib: Buşehr Atom Elektrik Stansiyasına yeni nüvə yanacağı təhvil verəcək.

İRNA-nın məlumatına görə, Rusiyanın Rus Atom Dövlət Şirkətinə bağlı TOL Şirkəti bildirib: 2020-ci ildən nüvə yanacağının modern növü Buşehr AES-nin 1-ci blokunda işə başlayacaq. 

TOL bildirib: İranın Atom Enerjisi Təşkilatı Rusiyanın Nüvə Enerjisi İstehsalı və İnkişafı Şirkəti ilə nüvə yanacağının istehsalı üzrə anlaşma imzalayıb. 

Bu bəyanatda bildirilir: Buşehr AES-nin 1-ci blokunda OTS növündən olan yanacaq paketləri yerinə TS 2M yanacaq paketlərindən istifadə olunacaq. 

TS 2M yanacağı OTS növü ilə müqayisədə daha çox urana malikdir, daha çox yanacağı vardır və nüvə yanacağı paketi daha çox sıxlaşdırılmışdır

TOL şirkəti öz bəyanatında bildirib: Buşehr AES-nin 1-ci blokunda nüvə yanacağının yeni növündən istifadə blokun iqtisadi və texniki göstəricilərinin yaxşılaşmasına şərait yaradacaq. 

İran və Rusiya İranda Atom Elektrik Stansiyalarının inkişafı üçün ikitərəfli əməkdaşlıqları davam etdirirlər.