Tehranda 6-cı İran-Avropa ticarət və bank konfransı başlanıb
6-cı İran-Avropa ticarət və bank konfransı İranın və mötəbər avropalı şirkətlərin pul və bank rəsmilərinin iştirakı ilə Tehranda işə başlayıb.
Nüvə anlaşmasının icrasından iki il sonra İranın ticarət və bank əlaqələri bu konfransın əsas mehvərini təşkil edir.
İranın pul və bank üzrə araşdırma mərkəzinin direktoru Əli Divandəri bu konfransda İran-Avropa ticarət və bank konfransının əsasının qoyulmasından üç ilin keçdiyini nəzərə çarpdıraraq, əlavə edib: Avropa İranın böyük ticarət şəriklərindən biridir və bu konfrans dialoq üçün şərait yaradıbdır.
Divandəri ötən iki ildə İran ilə Avropa arasındakı bank mübadilələri həcminə toxunaraq, deyib: Hazırda İran 835 avropalı şirkətlə broker əlaqəsinə malikdir və ötən iki ildə 3850 akkreditiv açılıbdır.