Flaminqolar Urmiyə gölünə dönürlər
-
Flaminqolar Urmiyə gölünə dönürlər
İranın Qərbi Azərbaycan ostanı Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru çoxlu sayda flaminqoların Urmiyə gölünə qayıtdığını bildirib. O, quşların qayıdışı və onların çoxlamasını gölün ekoloji durumunda müsbət nişanə adlandırıb.
Uzun illər elə bu gölün ev sahibi olan köçəri quşlar gəldilər və qaldılar. Ötən ilin iyun ayından flaminqoların Urmiyə gölünə axınının şahidi idik. Bu il də gölə daxil olduq ki, yaxından flaminqoların vəziyyəti ilə tanış olaq.
Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin Qoruqlara Nəzarət İdarəsinin rəhbəri Yusififər deyib: Bu məkanda təxminən 35 minə yaxın flaminqo vardı. Yeni köçəri quşların əlavə olunması və flaminqoların burada qalması ilə və çoxalmaları ilə bizim hesablamalara görə, bu ildə onların sayı 40 mini ötüb keçəcəkdir.
Qərbi Azərbaycan ostanının 70-dən çox daimi və mövsümi çayları və su bataqlıqları vardır. Elə buna görə, dünyada quşların köçdüyü əsas yollardan biri sayılır.
Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin Qoruqlara Nəzarət İdarəsinin rəhbəri Yusififər deyib: Ötən iki-üç il ərzində Urmiyə gölü və onun ətrafındakı su bataqlıqlarında ekoloji durum yaxşılaşmışdır. Göldə və ətrafında canlılar və quşların sayı yenidən artmışdır. Münasib qidalanma şəraiti flaminqoların bura gəlməsinin əsas səbəblərindən biridir.
İki həftə sonra flaminqoların yumurtalaması dövrü başlayacaq. Bu arada bu quşların ekoloji durumu və təhlükəsizliyinin qorunması ətraf mühit məsullarının diqqətdə saxladığı əsas prioritetdir.