Pezeşkiyan Bakıya səfər üzrə koordinasiya iclasında
Azərbaycan Respublikası və İran bir varlığın hissələridirlər
İran İslam Respublikası və Azərbaycan Respublikası xalqları arasındakı qədim keçmişə, həmçinin mədəni, tarixi və dini ortaqlıqlara işarə edən İran prezidenti belə söyləyib: Azərbaycan Respublikası və İran bir varlığın hissələridirlər. Sərhədin iki tayındakı insanlar bir-biriləri ilə geniş qarşılıqlı mənafelərə malikdirlər. Bu mənafelər minillik dərin dostluqlar və maraqlar zəmininə söykənibdir.İran prezidentinin Bakıya səfəri ərəfəsində İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ortaq mövzulara yekun formada nəzər salınması və koordinasiya iclası cənab Məsud Pezeşkiyanın sədrliyi, həmçinin onun müavinlərinin və bəzi nazirlərin iştirakı ilə keçirilib.Ölkə prezidenti bu iclasda iki ölkə xalqları arasındakı qədim keçmişə, həmçinin mədəni, tarixi və dini ortaqlıqlara işarə edib. Bildirib ki: Azərbaycan Respublikası və İran bir varlığın hissələridirlər və sərhədin iki tayındakı insanlar bir-biriləri ilə geniş qarşılıqlı mənafelərə malikdirlər. Bu mənafelər minillik dərin dostluqlar və maraqlar zəmininə söykənibdir.Cənab Pezeşkiyan həmçinin iki ölkə əlaqələrindəki bəzi problemlər və anlaşılmazlıqlar barədəki iclasda təqdim olunan izahatlara işarə ilə, belə əlavə ediblər: İki ölkə və iki xalq arasında anlaşmalar üzrə zəmin və imkanlar çox geniş dərin və çeşidlidir və qarşılıqlı əlaqələrin bərpası üzrə hazırkı gedişatın davam etdirilməsilə qısa zamanda bu imkanların çiçəklənməsi həmçinin əməkdaşlıqlar və əlaqələr səviyyəsinin ciddi və sürətli şəkildə yüksəlişinin şahidi olacağıq.İran prezidenti ümidvarlıq edib ki aparılmış məşvərətələrə və işlənib hazırlanmış müqəddimələrə əsasən, bu səfərlə siyasi, turizm, mədəni, ticari və iqtisadi sahələrdə xalq özəl və dövlət sektorları arasındakı əməkdaşlıqların genişəndirilməsi və əlaqələrin dərinləşdirilməsi prosesi diqqətəlayiq şəkildə asanlaşıb sürətlənəcək.