Apr 23, 2025 12:32 Asia/Baku
  • “Onlar əvvəlcə Ermənistana təzyiq etməlidirlər”

Rusiya sülh prosesinin irəliyə aparılması ilə bağlı Bakı və İrəvana növbəti dəfə vasitəçilik təklifi irəli sürüb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə deyib ki, Moskva regionda kommunikasiyaların açılmasında, sərhədlərin delimitasiyası və ölkələr arasında humanitar məsələlərin həllində Azərbaycan və Ermənistana kömək etməyə hazırdır.

Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya da ötən həftə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən görüşdə Tiflisin vasitəçilik təklifini yeniləyib.

Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov mediaya açıqlamasında bildirib ki, vasitəçilik təkilflərini yenidən gündəmə gətirən Gürcüstan və Rusiya öncə Ermənistana təzyiq etməlidirlər.

V.İskəndərov deyib ki, yəni sülh sazişinin imzalanmasının vacib şərti olan Azərbaycanın haqlı tələblərinin Ermənistan tərəfindən qəbulu tezliklə reallaşarsa, sülh sazişi də imzalana bilər.