İran ötən günəş ilində 8,5 milyard dollarlıq mədən məhsulları ixrac edib
Apr 30, 2018 21:23 Asia/Baku
-
İran ötən günəş ilində 8,5 milyard dollarlıq mədən məhsulları ixrac edib
İranın sənaye, mədən və ticarət nazirinin müavini deyib ki, İran ötən günəş ilində 8,5 milyard dollarlıq mədən məhsulları ixrac edib.
Cəfər Sərqini bu gün İranın İsfahan şəhərində 14-cü beynəlxalq daş, mədən və əlaqədar sənaye sərgisinin açılışından öncə deyib: 1396-cı günəş ilində 370 milyon dollar dəyərində olan 1,5 milyon ton emal olunmuş və xam daş ixrac olunub və başlıca ixracat istiqamətləri Çin, qonşu ölkələr və bəzi Avropa ölkələri olublar.