Nəcəfi: ABŞ-ın sionist rejimlə nüvə əməkdaşlığı NPT-nin açıq şəkildə pozulmasıdır
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi bildirib: ABŞ-ın NATO-nun nüvə çətiri sayəsində Avropada atom silahları yerləşdirməsi, nüvə silahlarını istehsal etmək və sınaqdan keçirmək üçün sionist rejimə kömək etməsi, sazişdən kənar şəkildə ölkələrə nüvə köməyi etməsi Nüvə Silahlarının Yayılmamasına dair Saziş NPT-nin açıq-aşkar şəkildə pozulmasıdır.
Rza Nəcəfi bazar ertəsi günü Nüvə Silahlarının Yayılmamasına dair Sazişə yenidən baxılması üzrə konfransın hazırlıq komitəsinin iclasında İranın Nüvə Silahlarının Yayılmamasına dair Sazişdə öhdəliklərinə tam sadiq qaldığını bildirib və deyib: Nüvə silahları mövcud olduğu zamana qədər istər başqa ölkələrə köçürmək yolu ilə, istər bu silahların istehsalı və inkişaf etdirilməsi yolu ilə bu silahların təhlükəsi mövcud olacaqdır.
İranın AEBA-dakı nümayəndəsi bildirib: Bu silahların yayılmasının qarşısını almağın yeganə yolu onları tam şəkildə məhv etməkdir. Nüvə silahlarına malik ölkələr NPT-dəki öhdəliklərini pozaraq hələ də bu silahları qoruyur və inkişaf etdirirlər.
Nəcəfi deyib: Sionist rejiin nüvə silahları porqramı atom silahına malik bəzi ölkələr, xüsusilə də ABŞ-ın ikili standart tətbiq etməsinin nəticəsidir. Bu isə nüvə silahının yayılmaması üzrə bütün qaydaların kobud şəkildə pozulmasıdır. Halbuki bu ölkələr qanuni cəhətdən həmin öhdəlikləri yerinə yetirməlidirlər.
Nüvə Silahlarının Yayılmamasına dair Sazişə yenidən baxılması üzrə hazırlıq komitəsinin iclası nüvə tərksilahı, nüvə silahlarının yayılmasının qarşısının alınması, nüvə enerjisindən sülhməramlı istifadə vəziyyətinin araşdırılması məqsədilə Cenevrədə keçirilməkdədir.
NPT-yə yenidən baxılması konfransı hər beş ildə bir dəfə sazişin məqsədlərinin inkişaf etdirilməsi, xüsusilə də nüvə tərksilahı haqda keçirilir.