İran-Rusiya elmi əməkdaşlıqları genişlənir
-
İran-Rusiya elmi əməkdaşlıqları genişlənir
İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri deyib ki, İran Rusiya ilə Xəzər dənizi və onun ətrafındakı ekosistem üçün təsirli elmi-tədqiqat həmkarlıqlarının genişləndirilməsinə maraqlıdır.
Mənsur Qolami bu gün Tehranda Rusiya prezidentinin xəzəryanı ölkələrlə həmkarlıq məsələləri üzrə nümayəndəsi Ramazan Abdullətifov ilə görüşdə əlavə edib: İran İslam Respublikası Rusiya Federasiyasının malik olduğu önəmə görə, daim bu ölkə ilə elmi həmkarlıqlara maraqlıdır.
İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri sonra belə qeyd edib: İran İslam Respublikasının universitetləri və elmi mərkəzləri müştərək araşdırmalar üçün son dərəcə yüksək elmi bacarığa malikdirlər.
Rusiya prezidentinin xəzəryanı ölkələrlə həmkarlıq məsələləri üzrə nümayəndəsi Ramazan Abdullətifov da deyib: Xəzər dənizinin ekologiyası İran və Rusiya üçün çox böyük maraqlara malikdir və iki ölkə həmkarlıqlar, o sıradan Xəzər sahəsində əməkdaşlıqlar üçün çox yaxşı zəmin yaradıbdır.