May 06, 2018 11:46 Asia/Baku
  • Azərbaycan Respublikasının Tehrandakı səfiri iranlı nazir müavini ilə görüşüb
    Azərbaycan Respublikasının Tehrandakı səfiri iranlı nazir müavini ilə görüşüb

Azərbaycan Respublikasının Tehrandakı səfiri İranın yol və şəhərsalma nazirinin müavini ilə görüşüb onunla nəqliyyat koridorlarının aktivləşdirilməsi yolları eləcə də nəqliyyat sahəsində digər ikitərəfli mövzuları müzakirə edib.

İranın yol və şəhərsalma nazirinin müavini Əbdül-Haşim Həsənniya Azərbaycan Respublikasınını Tehrandakı səfiri Bünyad Hüseynov ilə görüşündə iki ölkənin şosse nəqliyyatı sektorundakı qarşılıqlı əməkdaşlıqlarının uzun keçmişinə toxunub və Azərbaycan Respublikası səfirliyinin davamlı və konstruktiv fəaliyyətlərini yüksək qiymətləndirib. 

Həsənniya iki ölkə arasında şosse nəqliyyatı sahəsində əməkdaşlıqların gün-gündən inkişaf etməsindən razılıq ifadə edərək deyib: Şosse nəqliyyatı sahəsində iki ölkənin potensialları bu gün istifadə olunandan daha böyükdür ona görə də iki tərəf bu istiqamətdəki manelərin və zərurət daşımayan xərclərin aradan qaldırılmasına səy göstərməlidirlər. 

Azərbaycan Respublikasının İrandakı səfiri Bünyad Hüseynov da bu görüşdə iki ölkə arasındakı əməkdaşlıqlardan razı qaldığını bildirərək deyib: Şosse nəqliyyatı və tranzit sahələrində iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün əlverişli potensiallar mövcuddur, ümid edirik əlavə əməkdaşlıqlarla bu sahədə mövcud problemlərin həlli istiqamətində əsas addımlar atılacaq. 

Teqlər