May 06, 2018 12:19 Asia/Baku
  • Ruhani: İran xalqı Tramp və sionist rejim qarşısında birlikdədir
    Ruhani: İran xalqı Tramp və sionist rejim qarşısında birlikdədir

İran İslam Respublikası prezidenti İran xalqının ABŞ prezidenti Donald Tramp və sionist rejimə qarşı vəhdət içində olduğunu bildirərək deyib: İran xalqı müharibə və çaxnaşma ardınca deyil amma özünü qətiyyətlə müdafiə edir.

Həsən Ruhani bu gün İranın şimal şərqində yerləşən rəzəvi Xorasan ostanına səfərinin ilk günündə Səbzivar əhalisi qarşısında etdiyi çıxışında Əhatəli Müştərək Təşəbbüs Proqramı və ABŞ prezidentinin ona qarşı mövqelərinə toxunaraq deyib: Amerika İran xalqına qarşı heçnə edə bilməyəcək və ƏMTP-dən çıxarsa qısa zamanda tarixi peşmançılığa düçar olacaq. 

İran prezidenti ABŞ prezidenti Donald Trampın ƏMTP-ni ölkəsinin tarixinin ən pis razılaşması adlandırmasını xatırladaraq deyib: Amerikanın yeni hökuməti, nəhs sionist rejim və Səudiyyə Ərəbistanından başqa dünya ƏMTP barədə İranın öhdəliyi və məntiqini alqışlayır. 

Ruhani amerikanlar, avropalılar və dünyaya üzünü tutaraq deyib: İran öz müdafiə qabiliyyəti barədə kiminləsə müzakirə etməyəcək və nəqədər silah, imkanlar və raket lazım gələrsə istehsal və anbar edəcək. 

İİR prezidenti regional məsələlərə toxunaraq isə deyib: İran regionun təhlükəsizliyini təmin etmək üçün Türkiyə və Rusiya ilə Suriya barədə və müxtəlif ölkələrlə Yəmən barədə müzakirə aparır və dünyaya bildirir ki, regionun həryanında olursa olsun terrorizm ilə mübarizə aparacaq. 

İran prezidenti deyib: İran İslam Respublikası düşmənlərə regionda növbəti İŞİD terrorçu qrupunu yaratmağa icazə verməyəcək ona görə ki, İran regional sülh və sabitliyin tərəfdarıdır. 

İran hökumətinin başçısı deyib: ABŞ prezidenti gələn həftə ƏMTP barədə hərhansı qərar qəbul edərsə İran xalqının həyatında heç bir dəyişiklik yaratmayacaq və İran xalqı onun qarşısında müqavimət göstərəcək. 

Teqlər