Kontr Admiral Fədəvi: Fars körfəzində amerikalıları 24 saat ərzində nəzarətə ala bilərik
https://azeri.sahartv.ir/news/İran-i306036-kontr_admiral_fədəvi_fars_körfəzində_amerikalıları_24_saat_ərzində_nəzarətə_ala_bilərik
İslam İnqilabının Keşikçiləri Korpusunun dəniz qoşunlarının komandanı deyib: Amerikanlar fars körfəzində hər zaman hər tərəfə baxarlarsa Sepahın dəniz qoşunlarını görürlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2018 08:35 Asia/Baku
  • Kontr Admiral Fədəvi: Fars körfəzində amerikalıları 24 saat ərzində nəzarətə ala bilərik
    Kontr Admiral Fədəvi: Fars körfəzində amerikalıları 24 saat ərzində nəzarətə ala bilərik

İslam İnqilabının Keşikçiləri Korpusunun dəniz qoşunlarının komandanı deyib: Amerikanlar fars körfəzində hər zaman hər tərəfə baxarlarsa Sepahın dəniz qoşunlarını görürlər.

İRİB-in verdiyi məlumata görə, Kontr Admiral Əli Fədəvi Fars körfəzi, Oman dənizi və Hind okeanında təhlükəsizliyin vacibliyini vurğulayaraq deyib: Region ölkələri dəniz təhlükəsizliyində önəmli rola malikdirlər və bu istiqamətdə lazımı qabiliyyətlərə malik olmalıdırlar. 

Kontr Admiral Fədəvi deyib: Bu gün regiondakı destabilliklər Amerika, Britaniya və Fransadan mənşə alır onlar keçmişdə də destabillik amili idilər. 

İslam inqilabının keşikçiləri korpusunun dəniz qoşunlarının komandanı amerikanların keçmişdəki ilə müqayisədə fars körfəzində daha itaətkar olduqlarını bildirərək deyib: Fars körfəzinin və regionun təhlükəsizliyi amerikanlar və regiondan kənar qüvvələrin buradan çıxmalarından asılıdır.