Laricani Livan seçkilərini yüksək qiymətləndirib
İran İslam Respublikası İslami Şura Məclisinin sədri Livanda keçirilən son parlament seçkilərində müqavimətin qələbə çalmasının, Livan xalqının Amerika və sionist rejimə yox cavabı olduğunu bildirib.
Əli Laricani palamentin açıq iclasının başlanğıcında Livanda son parlament seçkiləri barədə deyib: Amerika və sionist rejimin və onların regiondakı ardıcıllarının Livanda xərclədikləri çirkli pullar və dezinformasiyalarına rəğmən Livanın igid xalqı seçki qutuları vasitəsi ilə öz sözünü söylədi və Amerika və sionistlərə yox dedi.
İran parlamentinin sədri deyib: ABŞ prezidenti Donald Tramp region xalqlarına qarşı hərbi və siyasi təzyiqlərin cavabı məzlum xalqların fəryadlarında öz əksini tapır və xalqlar onların zorakılıqları qarşısında müqavimət göstərirlər.
Laricani deyib: Bu gün regionda iki önəmli cərəyan müşahidə olunmaqdadır, ilk cərəyan diktaturalar və Amerikaya asılı olan irticaçılar, digəri isə demokratiya tələb edən cərəyanlardır. İkincisinin nümunəsini Livan parlamenti və Tunisdə bələdiyyə seçkilərində gördük və inşaallah İraqda da müşahidə edəcəyik.
İranın İslami Şura Məclisinin sədri ABŞ prezidentinə xitabən deyib: Amerika və sionistlərin son illər ərzində terrorçulara yardımlarının nəticələri, Livanın igid xalqının səsində özünü göstərdi, nüvə məsələsində də ilqarsızlıq oxşar nəticəyə gətirib çıxaracaq.
Livan parlament seçkilərinin nəticələrinə görə, Livan Hizbullahı və onun müttəfiqləri parlamentin yerlərinin yarısından çoxunu əldə ediblər.