Ruhani: İran üçün neft sənayesi strateji əhəmiyyətə malikdir
https://azeri.sahartv.ir/news/İran-i306382-ruhani_İran_üçün_neft_sənayesi_strateji_əhəmiyyətə_malikdir
İran İslam Respublikası prezidenti neft sənayesinin İran üçün strateji əhəmiyyət daşıdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 08, 2018 10:05 Asia/Baku
  • Ruhani: İran üçün neft sənayesi strateji əhəmiyyətə malikdir
    Ruhani: İran üçün neft sənayesi strateji əhəmiyyətə malikdir

İran İslam Respublikası prezidenti neft sənayesinin İran üçün strateji əhəmiyyət daşıdığını bildirib.

İİR prezidenti Həsən Ruhani bu gün 23-cü beynəlxalq  neft, qaz, neftayırma və neft-kimiya sərgisinə baxış keçirdikdən sonra neft sənayesi şirkətlərinin müdirləri toplusunda etdiyi çıxışında bu sektorun fəaliyyətlərini yüksək qiymətləndirib və deyib: Neft ümümiyyətlə İran və digər region ölkələri eləcə  də dünya üçün strateji əhəmiyyətə malik olan sektordur. 

23-cü beynəlxalq  neft, qaz, neftayırma və neft-kimiya sərgisi 6 mayda öz işinə başlayıb. 3 gün davam edəcək sərgidə İran və dünyanın 4 mindən çox şirkəti iştirak edir.