Zərif: İran və Çin iki dost və strateji müttəfiqdirlər
İranın xarici işlər naziri deyib: Çin və İran iki dost və strateji müttəfiq olaraq daima biri-birinin kənarındadırlar.
Yüksək səviyyəli siyasi və iqtisadi bir heyətə başçılıq edərək Çində səfərdə olan İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Çinin XİN rəhbəri Vanq Yi ilə görüşündə qarşılıqlı, regional və beynəlxalq məsələləri müzakirə edib.
Zərif deyib: İran və Çin bütün sahələrdə geniş əməkdaşlığa malikdir və Çin İranın ən böyük ticarət ortağıdır.
Zərif həmçinin nüvə sazişinin, Amerikanın ondan çıxmasından öncə və sonrakı durumunu açıqlayaraq deyib: Amerika bu neçə tərəfli razılaşmadan çıxmaqla BMT TŞ-nin 2131 saylı qətnaməsini pozmuş oldu.
İranın diplomatiya aparatının rəhbəri deyib: İİR nüvə sazişində qalmaqda davam etdiyi təqdirdə onun mənafeyindən faydalanacağından əmin olmaq istəyir.
Çinin XİN başçısı Vanq Yi də İran İslam Respublikasını önəmli ölkə adlandıraraq deyib: Çin iki ölkə arasındakı strateji əlaqələrin davam etməsində maraqlıdır.
Çin XİN başçısı həmçinin nüvə sazişini beynəlxalq bir saziş adlandıraraq bütün tərəflərin onu icra etməyə öhdəlikli olduqlarını vurğulayıb.
Vanq Yi deyib: Bir çox ölkələr və beynəlxalq ictimaiyyət ABŞ prezidenti Donald Trampın nüvə sazişindən çıxmasından narazıdır və bu hərəkəti dəstəkləmir.
İİR XİN rəhbəri nüvə sazişinin tərəfləri ilə fikir mübadiləsi aparmaq məqsədi ilə dünən gecə Çin, Rusiya və Belçikaya səfərinə Çindən başlayıb. İranın xarici işlər naziri Pekindən Moskvaya ordadan isə Brüsselə gedəcək.