İran Paris terror aktını qınadı
-
İran Paris terror aktını qınadı
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Fransada törədilən terror hücumunu qınayaraq, deyib: Dünya ölkələri ifratçılıq və terrorizmin həqiqi təbliğatçılarının yeni və yalan şüarlarının təsiri altına düşməməlidirlər.
Şənbə günü gecə bıcaqla silahlanmış bir şəxs Fransanın paytaxtı Parisin Palas de Opera meydanında küçədəki insanlara hücum edərək, bir nəfəri öldürüb, bir neçə nəfəri isə yaralayıb. Fransa polisinin atəş açması nəticəsində bu hücumçu öldürülüb. İŞİD terror qruplaşması bu terror aktının məsuliyyətini üzərinə götürüb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bazar ertəsi günü Paris terror aktı qurbanlarının yaxınları və ailə üzvlərinin kədərini bölüşərək, deyib: Bu kimi hərəkətlərin məsuliyyətinin İŞİD terror qruplaşması tərəfindən üzərinə götürülməsi bu terror qruplaşmasının öz adını qorumaq və həyatını davam etdirmək üçün dünyanın istənilən nöqtəsində günahsız insanları qırğın etməyə böyük həvəsə malik olmasından xəbər verir. Baxmayaraq ki, regionda ardıcıl olaraq məğlubiyyətlər ilə üzləşib.
Qasemi həmçinin deyib: Artıq on illərdir ki, İŞİD və digər terrorçu qruplaşmaların formalaşması üçün təkfirçilik ideologiyasının yayılmasına çalışan, terrorçuları maliyyələşdirən və silahlandıran tərəflər heç şübhəsiz bu terrorçular tərəfindən törədilən bütün cinayətlərə və faciələrə görə məsuliyyət daşıyırlar.