May 20, 2018 19:19 Asia/Baku
  • İraqçı: İran Avropa ilə nüvə sazişindən kənar müzakirə aparmayıb
    İraqçı: İran Avropa ilə nüvə sazişindən kənar müzakirə aparmayıb

İranın xarici işlər nazirinin müavini İran İslam Respublikasının avropalılarla nüvə sazişindən kənar heç bir müzakirə aparmadığını bildirərək deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının müştərək komissiyası cari həftədə İranın tələbi ilə Amerikanın iştirakı olmadan təşkil olunacaq.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, seyid Abbas İraqçi həmçinin XİN başçısı Məhəmməd Cavad Zərifin ötən çərşənbə axşamı günü Britaniya, Fransa, Almaniya XİN başçıları və AB-nin xarici siyasət üzrə koordinatoru ilə görüşünə toxunaraq deyib: Avropa ölkələri bu iclasdan sonra bir bəyanatda ƏMTP üzrə öhdəliklərinə və İranın mənafeyinin təmin olunmasına təkid etdilər. 

İİR xarici işlər nazirinin müavini Avropanın İranla əməkdaşlıqlarının neft, qaz və digər sahələri əhatə etdiyini bildirərək deyib: İran ilə Avropa arasında ƏMTP barədə müzakirələr ciddi atmosferdə gedir. 

Seyid Abbas İraqçı deyib: Avropalılar İran İslam Respublikasının ƏMTP çərçivəsindəki mənafelərini təmin edə biləcəkləri barədə İrana təzminat verməlidirlər. 

Teqlər