May 22, 2018 17:58 Asia/Baku
  • Brucerdi: İranın avropalılarla qarşıdakı müzakirələri onlar üçün son imkan olacaq
    Brucerdi: İranın avropalılarla qarşıdakı müzakirələri onlar üçün son imkan olacaq

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri deyib: İran İslam Respublikasının avorpalılarla qarşıdakı müzakirələri onlar üçün son imkan olacaq.

İRNA-nın məlumatınag örə, Əlaəddin Brucerdi İranın Avropa tərəfləri ilə müzakirələr prosesi haqda əlavə edib: Avropalılar çox önəmli tarixi sınaq qarşısındadırlar. Çünki dünya tarixinin gələcəyində həmişəlik olaraq ABŞ kimi ölkə imperialist və zorakılıq siyasətləri ilə hakim olmamalıdır.

Brucerdi deyib: Amerikalıların İranla rəsmi və iqtisadi münasibətləri yoxdur, başqalarının da bu mənafedən faydalanmasında maraqlı deyillər. Deməli hazırkı şəraitdə avropalılar öz milli mənafelərini qorumaq ardınca olduqlarını göstərməlidirlər.

İran İslam Şurası Məclisinin nümayəndəsi Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koorinatorunun nüvə sazişinin qorunması haqda bəyanatı barədə deyib: İran üçün bəyanatın verilməsinin etibarı yoxdur. Real etibar və ya praktiki addım nüvə sazişinin qorunmasına zəmanətin verilməsi olacaqdır.

Brucerdi həmçinin deyib: Mayk Pompeonun danışıq ritorikası hazırkı dünya diplomatiyasının ritorikasına uyğun deyil. O başqalarına göstəriş verə biləcəyini və qalanlarının da onu icra edəcəyini düşünür.

Teqlər