Sepah: Səddamın taleyi İslami İrana qarşı çıxanların taleyidir
-
Sepah: Səddamın taleyi İslami İrana qarşı çıxanların taleyidir
Sepah bir bəyanatda Xürrəmşəhrin azad edilməsinin ildönümünü əziz tutaraq, vurğulayıb: Hegemonçuluq və imperilazim sistemi belə bir mesajı alıbdır ki, İrana təcavüz təqdirində onu İraqın bəəs rejiminin məhv edilmiş diktatoru Səddamın taleyindən fərqli bir tale gözləməyəcək.
Sabah, mayın 24-ü, Xürrəmşəhrin 1982-ci ildə azad edilməsinin ildönümü günüdür.
Xürrəmşəhrin azad edilməsi İraqın İrana qarşı qəbul etdirilmiş müharibəsi zamanı 1982-ci ildə keçirilən Beytulmuqəddəs əməliyyatının ən mühüm hədəflərindən idi. Bu şəhər 578 gündən sonra İraqın bəəs rejiminin işğalından çıxarıldı.
Sepah-ın bəyanatında deyilir: Qəbul etdirilmiş müharibənin bitməsindən otuz ilin keçməsilə İran xalqı və silahlı qüvvələr öyrəndilər ki, düşmən düşərgəsi barədə hərtərəfli məlumata malik olmaq və çəkindiricilik qüdrətini artırmaqla strateji qəflətə qapılmamalıdırlar.
Bu bəyanatda sonra deyilir ki, Xürrəmşəhrin azad edilməsi İslami İran xalqının izzəti, böyüklüyü və onun inqilab və islami quruluş düşmənlərinin cəbhəsinin planları və fitnələri qarşısındakı sayıqlığının mənşəyi oldu.
Sepah həmçinin öz bəyanatında bildiribdir ki, İranın istiqlaliyyəti, ərazi bütövlüyü, təhlükəsizliyi, asayişi və inkişafına, eləcə də İslam İnqilabının nailiyyətlərinə qarşı hər cür təhdid ilə qətiyyətli qarşılaşmaya tam hazırdır.