May 25, 2018 17:49 Asia/Baku
  • İraqçı: İranın nüvə anlaşmasında qalması Avropanın qərarlarından asılıdır
    İraqçı: İranın nüvə anlaşmasında qalması Avropanın qərarlarından asılıdır

İran İslam Respublikası xarici işlər nazirinin müavini və nüvə anlaşmasının icrasına nəzarət komissiyasının iranlı həmsədri Seyid Abbas İraqçı cümə günü İranın nüvə anlaşmasında qalıb-qalmayacağı barədə hələ ki, qəti qərar qəbul etmədiyini deyərək, İranın nüvə anlaşmasında qalmasının Avropanın qərarlarından asılı olduğunu deyib.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Seyid Abbas İraqçı Vyanada nüvə anlaşmasının icrasına nəzarət komissiyasının iclasından öncə deyib: Avropa ABŞ-ın sanksiyalarının yenidən qüvvəyə mindiyi təqdirdə, İranın nüvə anlaşmasındakı maraqlarını hansı formada qoruyacağına aydınlıq gətirməlidir.

Nüvə anlaşmasının icrasına nəzarət komissiyasının iclası bu gün cümə İran, Britaniya, Fransa, Almaniya, Çin və Rusiya nümayəndələrinin habelə, Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsinin müavininin iştirakı ilə Vyanada keçirilməlidir.

ABŞ prezidenti Donald Tramp 8 may tarixində ölkəsinin nüvə anlaşmasından çıxdığını və İrana qarşı nüvə snksiyalarının 3-6 ay ərzində bərpa olunacağını deyib.

Trampın bu hərəkəti Amerikada və dünya səviyyəsində ciddi reaksiyalar və etirazlara səbəb olub.

Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və Avropa Birliyi nüvə anlaşmasının digər tərəfləri olaraq bu beynəlxalq anlaşmanı dəstəklədiklərini bildiriblər.

İslam İnqilabının Böyük Rəhbəri çərşənbə günü axşam İran və Avropa arasında nüvə anlaşmasının davam etdirilməsinin şərtlərini şərh edərkən dedilər: Avropalılar ABŞ əleyhinə Təhlükəsizlik Şurasına qətnamə təqdim etməlidirlər. İranın raket potensialı və İranın regional fəaliyyətləri məsələsini ümumiyyətlə dilə gətirməyəcəkləri barədə üzrələrinə öhdəlik götürməlidirlər. ABŞ-ın İrana qarşı istənilən sanksiyasına qarşı çıxmalıdırlar. İranın ehtiyac duyduğu miqdarda İrandan neft alışına zəmanət verməlidirlər. Və Avropa Bankları da dövlət və özəl ticarət sahəsində ödənişlərin qəbul edilməsi və ödənilməsi haqda İrana zəmanət verməlidirlər.

Teqlər