İran neft-qaz sənayesində quyu başlıqları avadanlıqlarının istehsalında özünü təmin edir
İranın neft-qaz sənayesi mütəxəssisləri Kiş adasında ilk neft quyusu başlıqları avadanlığını istehsal edərək bu avadanlığı istehsal edən ölkələr sırasına keçiblər.
Quyubaşlığı avadanlığı quyunun qazıntısından sonra nəzərdə tutulan ehtiyaclar və mövqelərlə bağlı ona nəzarət etmək, həmçinin quyudan istifadə etmək üçün quyunun üzərinə quraşdırılır.
Hal-hazırda ABŞ bu növ avadanlıqların ən böyük istehsalçısıdır və Çin də bu sahədə çoxlu fəaliyyət göstərir.
yerli potensialları gücləndirmək və neft sənayesinin İran istehsalçılarının məhsullarına daha çox arxalanması məqsədilə İranın neft sənayesinə ehtiyac duyulan məhsullar və avadanlıqların yerliləşdirilməsi layihəsi İranın Neft Nazirliyinin iş gündəmində qərarlaşıb.
Hazırda İranın neft sənayesinin avadanlıqlarının 70%-dən çoxu daxildə istehsal olunur.