İraqçı: Nüvə anlaşması sahəsində avropalılar ilə yaxşı irəliləyişə malik olmuşuq
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: Son iki həftədə nüvə anlaşması sahəsində avropalılar ilə yaxşı irəliləyişə malik olmuşuq, amma hələ nəticələr qənaətbəxş deyildir.
Seyid Abbas İraqçı dünən gecə İranın ikinci telekanalının "xüsusi söhbət" verilişində nüvə anlaşmasının icrası barədə İran ilə müzakirənin irəlilədilməsində Avropanın ciddiliyinin şahidi olduğunu bildirib. Bununla belə o, deyib: Hələ İranın nüvə anlaşmasındakı istəklərinin reallaşması sahəsində avropalıların bacarığı barədə tam əminlik əldə olunmayıbdır.
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini müzakirələrin gedişatı və İslam İnqilabının Böyük Rəhbərinin şərtlərinin reallaşdırılması tərzini şərh edərək, söyləyib: Avropalılar İranın istəklərinin təmini tərzini aydınlaşdırmalı və ona necə zəmanət verəcəklərini deməlidirlər.
İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini həmçinin raket barədə müzakirə ilə bağlı verilən sualın cavabında onu İranın müzakirə komandasının qırmızı xətti adlandırıb və deyibdir ki, belə bir müzakirə aparılmayacaqdır.