General Şərif: Qüds günü sionist rejimin əsas strategiyasını şübhə altına aldı
https://azeri.sahartv.ir/news/İran-i310740-general_Şərif_qüds_günü_sionist_rejimin_əsas_strategiyasını_şübhə_altına_aldı
İranda İntifazə və Qüds Qərargahının rəisi deyib: Mübarək Ramazan ayının sonuncu cüməsinin İran İslam Respublikasının banisi, İmam Xomeyni(r.ə.) tərəfindən Ümumdünya Qüds günü adlandırılması sionist rejimin əsas strategiyasını şübhə altına aldı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2018 09:01 Asia/Baku
  • General Ramazan Şərif
    General Ramazan Şərif

İranda İntifazə və Qüds Qərargahının rəisi deyib: Mübarək Ramazan ayının sonuncu cüməsinin İran İslam Respublikasının banisi, İmam Xomeyni(r.ə.) tərəfindən Ümumdünya Qüds günü adlandırılması sionist rejimin əsas strategiyasını şübhə altına aldı.

General Ramazan Şərif Tehranın cümə namazı xütbələrindən öncəki çıxışında bildirib ki, bu il Ümumdünya Qüds günü ötən illərdəkindən fərqlənəcəkdir.

O, əlavə edib: Hər il Mübarək Ramazan ayının sonuncu günlərində Fələstin xalqına edilmiş zülm yenidən nəzərdən keçirilir və bu, sionist rejimə qarşı ən böyük zərbədir.

İranda İntifazə və Qüds Qərargahının rəisi deyib: Bu il Ümumdünya Qüds günü elə bir şəraitdə keçiriləcək ki, daha sionist rejimin təhlükəsiz haşiyəsi kimi, İŞİD terror qrupu mövcud deyildir. O, əlavə edib: Bu uğurlar müqavimət qüvvələrinə və müqavimət cəbhəsinin regionda günbəgün artan qüdrətinə borcludurlar.