Nəcəfi: Nüvə sazişnin davamı İranın mənafeyinə təzminatın verilməsindən asılıdır
https://azeri.sahartv.ir/news/İran-i311274-nəcəfi_nüvə_sazişnin_davamı_İranın_mənafeyinə_təzminatın_verilməsindən_asılıdır
İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının davamı İran İslam Respublikasının mənafeyinin digər üzvlər tərəfindən təzmin edilməsindən asılıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 06, 2018 17:12 Asia/Baku
  • Nəcəfi: Nüvə sazişnin davamı İranın mənafeyinə təzminatın verilməsindən asılıdır
    Nəcəfi: Nüvə sazişnin davamı İranın mənafeyinə təzminatın verilməsindən asılıdır

İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının davamı İran İslam Respublikasının mənafeyinin digər üzvlər tərəfindən təzmin edilməsindən asılıdır.

İRNA-nın verdiyi məlumata görə, Rza Nəcəfi AEBA-nın hakimlər şurasının növbəti iclasında deyib: ƏMTP öz həyatını davam etdirmək istəsə sazişin digər üzvləri İranın mənafeyinin qeyd-şərtsiz olaraq əlverişli milli, regional və beynəlxalq təşəbbüs yolu ilə təmin ediləcəyinə təminat verməlidirlər. 

İranın AEBA-dakı daimi nümayəndəsi ƏMTP-nin on ildən çox bir müddətdə lazım olmayan bir böhrana son qoyduğunu xatırladaraq deyib: ƏMTP qarşılıqlı öhdəliklər əsasında çox tərəfli bir razılaşmadır və daha genişlənə dəyişə yaxud yenidən müzakirə edilə bilməz. 

Nəcəfi deyib: İran xalqı ƏMTP çərçivəsində öz öhdəliklərini sanksiyaların davam etdiyi bir şəraitdə davam etdirməklə razılaşa bilməz.