İyun 07, 2018 16:59 Asia/Baku
  • İranın qərbində bir neçə terror qrupu yaxalanıb

İranın təhlükəsizlik naziri son günlərdə ölkənin qərb və cənub-qərb məntəqələrində bir neçə terror qrupunun aşkarlanaraq, həbs edilməsindən xəbər verib.

İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi deyib ki, terror qrupları təhlükəsizlik qüvvələrinin vaxtlı kəşfiyyat və əməliyyat hərəkətlərilə aşkarlanaraq, həbs ediliblər. 

Ələvi əlavə edib: Həbs olunmuş terror qruplarından çoxlu miqdarda silah və partlayıcı maddə aşkar və müsadirə edilibdir ki, onun barəsində mükəmməl məlumat tezliklə yayılacaqdır.

İranın təhlükəsizlik naziri həmçinin xalqın Ümumdünya Qüds günü yürüşündə geniş iştirakına işarə edərək, ölkənin müxtəlif nöqtələrində bu yürüşün keçirilməsinin tam təhlükəsizliyini vurğulayıb və belə deyib: Ümumdünya Qüds günü yürüşünün İran İslam Respublikasının bütün nöqtələrində daha əzəmətlə keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb və kəşfiyyat və təhlükəsizlik qüvvələri bu mərasimin keçirilməsinin təhlükəsizliyinin təmin edilməsi vəzifəsinə malikdirlər.

Teqlər