İyun 19, 2018 18:13 Asia/Baku
  • General Cəfəri: Ərəb-Qərb koalisiyası Əlhudəydədə məğlub olub
    General Cəfəri: Ərəb-Qərb koalisiyası Əlhudəydədə məğlub olub

Sepah-ın baş komandanı ötən günlərdə Yəməndə baş vermiş olayalara toxunaraq, deyib: Ərəb-Qərb koalisiyası Əlhudəydədə məğlub olub və yaxın gələcəkdə Yəmən xalqının qələbəsinin şahidi olacağıq.

Təcavüzkar səud koalisiyası iyunun 13-də Yəmənin qərbində yerləşən Əlhudəydə limanını işğal etmək üçün geniş hücumlara başlayıb.

Sepah-ın baş komandanı general-leytenant pasdar Mohəmməd Əli Cəfəri bu gün səhər Tehranda keçirilən bir mərasimdə İranın regiondakı uğurlarına işarə edərək, deyib: İraq, Livan və Suriya xalqlarının qələbələri müqavimət mehvərinin imperialist qüdrətlərin və onların muzdurları üzərində qələbəsidir.

General Cəfəri həmçinin İranın raket qüdrəti barədə belə deyib: İran İslam Respublikası elmi cəhətdən raketlərin mənzillərini artırmaq bacarığına malikdir, lakin hələlik İranın siyasəti raketlərin mənzillərinin artırılması deyildir.

Sepah-ın baş komandanı söyləyib: İran raketlərinin elə bu iki min kilometrlik mənzilində düşmənlərin bir çox strateji hədəfləri durur və elə bu mənzil İran İslam Respublikasının təhlükəsizliyini təmin edir.

Teqlər