İran və İsveçrə arasında dəmiryol memorandumu imzalanıb
İran İslam Respublikası Dəmiryol Şirkəti ilə İsveçrənin Mathiza Şirkəti arasında dəmiryol avadanlıqları və qurğularının əsaslı təmiri üzrə layihələr haqda memorandum imzalanıb.
Dəmiryol nəqliyyatı sənayesinin inkişaf və nailiyyətləri, ölkənin daxili istehsal prosesinin yüksəldilməsi, ixracatın inkişaf etdirilməsi, dünyada bu sənayenin modern inkişafları ilə yerli dəmiryol sənayesi istehsalçıları ilə tanışlıq Tehran Dəmiryol Nəqliyyatı Sərgisinin 6-cı dövründə əsas məqsəddir.
Sərgiyə daxil olarkən, vaqon və dəmir yolu müşahidə olunurdu. Müxtəlif vaqonlar, o cümlədən mühərrikli vaqonlar, manevr imkanlı vaqonlar, elektrik və dizellə işləyən lokomotivlər, istifadə olunan yedək hissələri, sərnişindaşıma vaqonları, yük vaqonları, dəmiryol nəqliyyatı şirkətləri, satışdan sonra xidmət göstərən şirkətlər, təmir və saxlama xidmətləri, sığorta xidmətlərini əks etdirən pavilyonlar Yaxın Şərqin bu böyük sərgisini dövrəyə almışdı.
Sərgidə yerli şirkətlər dəmiryol sahəsinə aid ən yeni istehsal, avadanlıq və xidmətləri təqdim edirlər. Almaniya, İngiltərə, İsveçrə, Fransa, İtaliya, Türkiyə, Çin, Finlandiya, Banqladeş, Belçika, Çexiya Respublikası, Rusiya, Ukrayna, Avstraliya, Polşa, Bolqarıstan, İsveçdən gələn şirkətlərin nümayəndələri sərgidə iştirak edirlər. Xarici şirkətlər öz məhsullarını daha yaxşı tanıtdırmaq üçün İranın milli simvollarına üz tutublar. Bütün dünyaya tanınan Fars Körfəzi kimi sivmollar.
Rusiyanın bir şirkətinin nümayəndəsi deyib: Biz dəmiryol sistemlərinin texnologiyası sahəsində fəaliyyət göstəririk. İlk dəfədir İranda bu sərgidə iştirak edirik. İranda dəmiryol sənayesinin strukturunun inkişaf etdiyini gördük. Sərginin sonuna qədər bir çox İran şirkətləri ilə əməkdaşlıq üçün danışıqlar aparacağıq. İran əleyhinə yeni sanksiyaların tətbiq olunmasına rəğmən İranın inkişafı və gücü İsveçrənin dəmiryol sənayesini İranda qalmağa təşviq edir.
İsveçrənin bir şirkətinin nümayəndəsi deyib: Biz dəmiryolun elektrikləşdirilməsi texnologiyası sahəsində fəaliyyət göstəririk. İranın bu sahədə çox güclü olduğunu gördük. Elə buna görə, sanksiyalara rəğmən İranda qalacağıq və öz dəmiryol texnologiyamızı İrana nəql edəcəyik.