İyun 22, 2018 15:01 Asia/Baku
  • Tehranın imamcüməsi: ABŞ-ın İran əleyhinə sanksiyaları Trampı rüsvay edəcək
    Tehranın imamcüməsi: ABŞ-ın İran əleyhinə sanksiyaları Trampı rüsvay edəcək

Tehranın müvəqqəti imam cüməsi ABŞ-ın İran əleyhinə ehtimal olunan sanksiyalarına toxunaraq deyib: Bu sanksiyaların nəticəsi ABŞ, şəxsən prezident Donald Tramp üçün rüsvayçılıq olacaq.

ABŞ prezidenti Donald Tramp 8 may tarixində İran əleyhinə əsassız ittihamları təkrarlayaraq Vaşinqtonun Əhatəli Müştərək Təşəbbüs Sazişindən çıxdığını və 3-6 ay  ərzində nüvə sanksiyalarının qüvvəyə minəcəyini bildirib.

Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Məhəmməd Əli Müvəhhidi Kirmani ABŞ-ın başçılıq etdiyi zalımların bütün imkanlar və vasitələrdən İslam İnqilabına zərbə vurmaq üçün istifadə etdiklərini deyərək bildirib: Düşmnlər Yəmən, Fələstin və regionun bəzi məzlum ölkələrində törətdikləri həmin vasitə ilə məhv olacaqlar.

Ayətullah Müvəhhidi Kirmani dünya imperializminin məkrli planları qarşısında ayıq-sayıqlığın vacibliyini vurğulayıb və əlavə edib: ABŞ sadəcə öz mənafeyini təmin etmək niyyətindədir və üzərinə götürdüyü öhdəliyə heç vaxt sadiq deyil.

Tehranın bu həftəki cümə namazının xətibi həmçinin Birləşmiş Ştatlar prezidenti Donald Trampın miqrantlar əleyhinə siyasətləri icra etməsinə toxunaraq deyib: Tramp və Amerika başçılarının mahiyyəti zülm, sitəm və cinayətdir.

ABŞ hökuməti prezident Donald Trampın miqrasiya əleyhinə siyasətlərinin icrası istiqamətində miqrant ailələrə aid 2300-dən çox uşağı valideynindən ayırıb.

Teqlər