İyun 22, 2018 20:21 Asia/Baku
  • İranın neft naziri: OPEK-in qərarını İran təsdiqləyir
    İranın neft naziri: OPEK-in qərarını İran təsdiqləyir

İran İslam Respublikasının neft naziri Neft İxrac edən Ölkələr Təşkilatı OPEK-in iclası başa çatdıqdan sonra, OPEK və qeyri-OPEK əməkdaşlıq bəyannaməsinə sadiq qalmaq üçün üzvlərin qərarının İran tərəfindən təsdiqləndiyini bildirib.

Vyanada OPEK-in 174-cü iclasında üzvlərin yekun rəyi ilə 2016-cı il noyabr ayında əldə olunan OPEK və qeyri-OPEK razılaşmasına 100%-lik öhdəlik təsbit olunub.

İran İslam Respublikasının neft naziri Bijən Zəngənə üzvlərin OPEK-in öncəki razılaşmasına sadiq qalmasından razılıq edərək deyib: Bu razılaşma digər ölkələrin rəsmiləri ilə görüşlərdə araşdırılan plan idi.

Vyanada OPEK-in 174-cü iclası cümə günü sona çatıb və üzvlər bildiriblər ki, 1 milyon 800 min barelə qədər istehsalın azaldılmasına dair OPEK-in öncəki razılaşması öz qüvvəsindədir.

İranın neft naziri Bijən Zəngənə bu iclas keçirilməzdən öncə bildirmişdi ki, İran OPEK-in neft istehsalının artırılmasına qarşıdır. Çünki bazar tarazlığın olmaması ilə üzləşib.

OPEK üzvləri 2016-cı il 30 noyabr tarixində qərara aldılar ki, neft istehsalını gündə 32 milyon 500 min barelə endirsinlər. 2017-ci il yanvar ayından icra olunan bu qərar bu təşkilatın sonrakı iclaslarında da davam etdirildi. Belə ki, neft bazarında əlavə istehsal tam şəkildə aradan qaldırılsın.

Teqlər