İyun 23, 2018 15:38 Asia/Baku
  • General Rezayi: Narkotik maddələr üzrə maksimum kəşfiyyat Pakistan sərhədindədir
    General Rezayi: Narkotik maddələr üzrə maksimum kəşfiyyat Pakistan sərhədindədir

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunlarının komandanı deyib ki, narkotik maddələr üzrə maksimum kəşfiyyat və onların İrana qanunsuz girişi Pakistan ilə müştərək sərhədlər ilə bağlıdır.

General pasdar Qasem Rezayi bu gün IRNA ilə müsahibədə əlavə edib: İran-Pakistan sərhədində qanunsuz gediş-gəlişə və narkotik maddələrin kəşfiyyatına əsasən, bu ölkə ilə müştərək sərhədlər gücləndirilməyə ehtiyaclıdır.

General pasdar Rezayi özünün Əfqanıstan səfərinə toxunaraq, deyib: Öncəki razılaşmaların araşdırılması, müştərək sərhədlərin vəziyyətinin nəzərdən keçirilməsi, sərhədlərin idarəçiliyi və anlaşmaların yüksəldilməsi üçün qarşıdakı çərşənbə axşamı günü bir nümayəndə heyətilə Əfqanıstana dördgünlük səfər edəcəyik.

İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunlarının komandanı İran sərhədlərinin o tayında narkotik maddələr qaçaqmalçılığı və quldurluq hərəkətlərinin bütövlükdə artmasına toxunaraq, qeyd edib ki, sərhəd qoşunlarının ən çox şəhidi İranın şərq sərhəd məntəqələrilə bağlıdır. 

Teqlər