İyun 24, 2018 19:00 Asia/Baku
  • Zərif: Trampın düşüncəsiz addımları İranın xeyrinədir

İran İslam Respublikasının xarici işlər naziri ABŞ prezidentinin düşüncəsiz rəftarlarına o cümlədən İran ilə nüvə anlaşmasından çıxmasına işarə edərək, deyib: Donald Trampın bədnam olması İranın xeyrinədir.

Məhəmməd Cavad Zərif bu gün bazar İranın Ticarət Palatasının müştərək iclasında ABŞ-ın strateji məqsədini İranın nüvə anlaşmasından çıxması adlandırıb və deyib: İran düşmənin məqsədindən xəbərdardır. Amma, bu o demək deyil ki, İran istənilən halda nüvə anlaşmasında qalacaq. 

Zərif amerikalıların İrana qarşı təzyiqli bir dövr başlatdıqlarına və İranı məhv etməyə çalışdıqlarına işarə edərək, deyib: Keçmişdə amerikalılar Ağ Evdə oturmuşdular və onların istəkləri əsasında avropalı müttəfiqləri və digər ölkələr İrana qaraşı sanksiyalar tətbiq edirdilər. Amma, artıq həmin dövr başa çatıb. 

İranın xarici işlər naziri İranın iqtisadi problemləri və avropalılar ilə ticarət əlaqələrindəki maneələrin həll yolunu Avropanın orta və kiçik şirkətləri adlandırıb və deyib: Avropa ölkələrinin mühərriki kiçik və orta şirkətlərdir. Və bu şirkətlər hətta, böyük şirkətləri belə əvəz edə bilərlər. 

Zərif son günlərdə Qərb medialarının İran əleyhinə geiş təbliğatlara başladıqlarına işarə edərək, deyib: Röyters gün ərzində İran iqtisadiyyatı ilə bağlı təqribən 50 xəbər yayımlayır. Buna görə də, bu məsələdə diqqətli olmaq lazımdır. 

İranın xarici işlər naziri həmçinin, İranın özəl sektorunu ölkə iqtisadiyyatının həqiqi mühərriki adlandırıb. 

Teqlər