Laricani: Suriya xalqının terrorçulara qarşı müqaviməti effektlidir
İranın parlament sədri Suriya xalqının terrorçulara qaşrı müqavimətinin effektli olduğunu bildirərək deyib: Suriyanın durumu gün-gündən yaxşılaşır.
Parlament xəbər agentliyinin verdiyi məlumata görə, İslami Şura Məclisinin sədri Əli Laricani bu gün Tehranda Suriyanın xarici işlər nazirinin müavini Feysəl Əl-Miqdad ilə görüşündə deyib: Suriya xalqının müqavimətinin yaxşı nəticələri olub və bu ölkə hal-hazırda elə bir şəraitdədir ki, gün gündən yaxşılaşır.
Əl-Miqdad da bildirib ki, İranın yardımları olmasaydı Suriya dövləti və xalqı heçvaxt terrorçulara qələbə çala bilməyəcəkdilər. Əl-Miqdad buna görə İrana öz təşəkkürünü bildirib.
Suriya xarici işlər nazirinin müavini Suriyada fəaliyyət göstərən terrorçuların başında Səudiyyə Ərəbistanının durduğunu bildirərək deyib: Səudiyyənin İsrailə dəstəyi olmasaydı Amerika öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməyə cürət tapmazdı.