İyul 03, 2018 09:02 Asia/Baku
  • İsveçrənin ortaq əlaqələrinin inkişaf etdirilməsi yolları araşdırılıb
    İsveçrənin ortaq əlaqələrinin inkişaf etdirilməsi yolları araşdırılıb

İran İslam Respublikası və İsveçrə prezidentləri bazar ertəsi gecə iki tərəfi maraqlandıran bütün sahələrdə birgə əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi yolları haqda danışıqlar aparıblar.

İRNA-nın məlumatına görə, İran prezidenti Həsən Ruhani və İsveçrə prezidenti Alain Berset bu görüşdə bildiriblər ki, iki ölkə ortaq münasibətlər yolundakı mövcud potensiallardan faydalanmaq niyyətindədir. 

Ruhani həmçinin nüvə sazişini çoxtərəfli və beynəlxalq saziş adlandırıb və bildirib: ABŞ bu sazişdən çıxmaqla dünya səviyyəsində öhdəliklərə sadiq qalmadığını əks etdirdi. 

İsveçrə prezidenti Alain Berset də bu görüşdə Tehran və Bern münasibətlərini müsbət və müxtəlif sahələr, o cümlədən elmi əməkdaşlıqlar və birgə layihələrin icrasının inkişafda olduğunu bildirib. 

İsveçrə prezidenti həmçinin ölkəsinin nüvə sazişini dəstəklədiyini qeyd edərək deyib: Uzun müzakirələrdən sonra əldə olunan bu saziş BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib və bütün ölkələr onun qorunmasına çalışmalıdırlar. 

Teqlər