İyul 03, 2018 20:52 Asia/Baku
  • İranda narkotik maddələrin aşkarlanması prosesində inkişaf var
    İranda narkotik maddələrin aşkarlanması prosesində inkişaf var

İran İslam Respublikası daxili işlər naziri deyib: İranda narkotik maddələrin aşkarlanması prosesi ötən beş ildə 75%-dən çox inkişaf edib.

İRNA-nın məlumatına görə, İranın daxili işlər naziri və Narkotik Maddələrlə Mübarizə İdarəsinin baş katibi Əbdürrza Rəhmani Fəzli çərşənbə axşamı günü Tehranda keçirilən Ümumdünya Narkotik Maddələrlə Mübarizə Günü mərasiminin kənarında ötən ildən indiyədək Əfqanıstanda narkotik maddələrin əkilməsinin 85%-dən çox artdığını və BMT-nin statistikasına əsasən, 9 min tondan çox olduğunu bildirib. 

Rəhmani Fəzlinin sözlərinə görə, Əfqanıstanda müxtəlif sənaye narkotik maddələri 700-dən çox növə çatıb və bu növ narkotik maddələri ilə mübarizə beynəlxalq və qlobal əməkdaşlıqları tələb edir. 

İranın daxili işlər naziri Avropada narkotik maddələrinin maliyyə dövriyyəsinə toxunaraq bildirib: Hal-hazırda narkotik maddələrlə 50 milyard dollar maliyyə dövriyyəsi vardır. Bu məbləğin əsas hissəsi Avropada dövriyyədədir. 

Teqlər