İran və Rusiya ikitərəfli bank və maliyyə əməkdaşlıqlarının inkişafı razılaşmasını imzalayıb
İran və Rusiyanın bank və maliyyə qrupunun 6-cı iclasında iki ölkənin banklarının rəsmiləri ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi razılaşmasını imzalayıblar.
İran İslam Respublikası Mərkəzi Bankı sədrinin beynəlxalq məsələlər üzrə müavini Hüseyn Yəqubi cümə axşamı günü Rusiyanın Mərkəzi Bankı prezidentinin müavini Dimtri Skoblikinlə Tehranda görüşdə iki ölkənin maliyyə və bank qrupunun iclasınn nəticələrini bank münasibətlərinin inkişafında irəliyə doğru addım adlandırb. Belə ki, İran və Rusiyanın iqtisadi və ticarət dövriyyəsinin həcminin artması ilə nəticələnəcək.
Yəqubi İran və Rusiya prezidentlərinin ticarət dövriyyəsinin artırılmasına dair qeydlərinə toxunaraq deyib: Bank münasibətləri sahəsində məhdudiyyətlərin aradan qaldırılması və lazımi infrastrukturların yaradılması ilə ikitərəfli ticarət mübadilələrinin sadələşdirilməsi və inkişaf etdirilməsinə hazırlıq görülməlidir.
Rusiya Mərkəzi Bankı prezidentinin müavini də deyib: İki ölkə arasında bank münasibətlərinin inkişafı ticarət və iqtisadi münasibətlərin inkişafını tələb edir. Rusiya və İranın mərkəzi bankları birbaşa bank münasibətlərinin qurulması, banklar arasında etimad səviyyəsinin gücləndirilməsi, maliyyə və ticarət təminatının genişləndirilməsi, beynəxlalq səviyyədə lazımi maliyyə vasitələrinin inkişaf etdirilməsini öz gündəmlərinə salıblar.