İyul 14, 2018 07:06 Asia/Baku
  • İran dövlətinin sözçüsü: Amerikanın sanksiyalarından uğurla keçmək olar
    İran dövlətinin sözçüsü: Amerikanın sanksiyalarından uğurla keçmək olar

İran İslam Respublikası dövlətinin sözçüsü deyib ki, daxili imkanlara əsasən, Amerikanın sanksiyalarından uğurla keçmək olar.

Mohəmməd Baqer Noubəxt dünən gecə İranın birinci telekanalının saat 21 xəbər yayımı ilə müsahibədə əlavə edib: Sanksiyalarla mübarizə və bu mərhələdən keçmək üçün dövlətdə və özəl sektordakı bütün imkanlar nəzərdə tutulub.

Noubəxt söyləyib: Amerika prezidenti və Ağ Evin digər məsul şəxslərinin dünyanı gəzərək, müxtəlif ölkələrə gedib, İran xalqını təhdid etdikləri bir şəraitdə İran dövlətinin vəzifəsi sanksiya günləri üçün imkanları səfəbər etməkdir.

Belə bir halda, İranın Plan-Büdcə Təşkilatının sədri Mohəmməd Baqer Noubəxt İran İslam Respublikası prezidentinə ünvanladığı məktubda sanksiyaların təsirləri ilə mübarizə istiqamətində təklif olunan əhatəli proqram formasında on iki icra paketini təqdim edib.

ABŞ prezidenti Donald Tramp mayın 8-də nüvə anlaşmasından çıxdığını dedi və bildirdi ki, İrana qarşı sanksiyalar noyabr ayından əməliyyat mərhələsinə daxil olacaq.

Amerikada müxtəlif dövlətlər İslam İnqilabının qələbəsindən sonra daim İranın xalqı və dövlətinə qarşı sanksiya və təzyiq siyasəti yürüdüb, amma hər dəfə uğursuz qalıblar.

Teqlər