İranın cənub-qərbində İŞİD-in terrorçu dəstəsi ələ keçirilib
İranın təhlükəsizlik naziri ölkənin cənub-qərbində İŞİD terror qruplaşmasına bağlı bir terror dəstəsinin üzvlərinin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmasından xəbər verib.
İranın təhlükəsizlik naziri Mahmud Ələvi dünən axşam Zəncanda deyib: Qardaşı Suriyada İŞİD terror qruplaşmasının tərkibində döyüşərkən öldürülən şəxs tərəfindən başçılıq edilən və İranda dəstə düzəltməklə daha sonra İŞİD-ə qoşulmağı planlaşdıran 4 nəfərlik dəstənin üzvləri təhlükəsizlik qüvvələri tərəfindən müəyyən və həbs edilib.
İranın təhlükəsizlik naziri əlavə edib: Bu terror dəstəsi bəzi məntəqələrdə təxribat törətməyi planlaşdırıbmış. Amma, təhlükəsizlik qüvvələrinin vaxtında müdaxilə etməsi ilə öz planlarını həyata keçirə bilməyiblər.
Mahmud Ələvi bir müddət öncə 20 mart 2017-ci ildən 20 mart 2018-ci ilə kimi İranda 300 terror dəstəsinin məhv edilməsindən xəbər vermişdi.