İyul 28, 2018 15:23 Asia/Baku
  • Cənubi Pars məhsullarının ixracatı 22% artıb
    Cənubi Pars məhsullarının ixracatı 22% artıb

İranın enerji və qaz qütbü kimi Cənubi Pars məntəqəsinin ixracatı ötən dörd ayda 22 faiz artıbdır.

Araşdırmalar göstərir ki, Amerikanın nüvə anlaşmasından çıxması və ABŞ tərəfindən İrandan enerji idxalatını kəsmələri üçün digər ölkələri hədələməsi indiyədək İranın enerji qütbü ixracatı vəziyyətinə heç bir təsir göstərməyibdir.

Pars Özəl İqtisadi-Enerji Məntəqəsinin Gömrük İdarəsinin baş direktoru Əhməd Poorheydərin sözlərinə görə, ötən dörd ayda beş milyard 609 milyon dollar dəyərində olan doqquz milyon 911 ton qaz kondensatı, metanol, propan, polietilen, kükürd, karbamid, stirol, ammonyak və xam neft kimi əmtəə malı ixrac olunubdur ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 22 faiz artıma malik olubdur.

Cənubi Pars məntəqəsi dünyanın ən böyük qaz yatağı, İranın qaz kondensatı, neft-kimya və qeyri-neft məhsulları ixracatı qütbü sayılır.

Teqlər