İyul 29, 2018 13:07 Asia/Baku
  • Zərif: ABŞ sanksiyalara olan bağlılıqdan xilas olmalıdır
    Zərif: ABŞ sanksiyalara olan bağlılıqdan xilas olmalıdır

İran İslam Respublikasının xarici işlər naziri deyib: Bu gün Amerika özünü təcrid olunmuş və siyasətlərinin icrası üçün aşkart təzyiqlərə möhtac görür.

Məhəmməd Cavad Zərif bazar günü Tehranda İran İslam Respublikasının xarici ölkələrdəki səfirləri və nümayəndəlik rəhbərlərinin özəl sektor ilə birgə iclasında deyib: Bundan öncə digər ölkələr də ABŞ-ın İrana qarşı sanksiyalarında iştirak edirdilər. Amma, bu gün ABŞ-ın sanksiyaları artıq öz legitimliyini itirib. Çünki, amerikalılar ölkələrdən BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə qarşı hərəkət etmələrini istəyirlər.

İranın xarici işlər naziri amerikalıların sanksiya bağımlısı olduğunu deyərək, sanksiyaların sadəcə İranla məhdudlaşmadığını bildirib və deyib: Bu gün Avropa öz maraqlarıilə ABŞ və Trampın mənfəətləri arasında seçim etməlidir.

Zərif həmçinin deyib: Bu gün dünya bu qənaətdədir ki, ABŞ sanksiyalara olan bağımlılıqdan xilas olmalıdır.

Zərif əlavə edib: İran iqtisadi təzyiqləri milli istehsalın və qeyri-neft sektorunun inkişafına yönəldə və amerikalılara sanksiyalara olan bağımlılığından xilas olmadlı olduğunu göstərə bilər.

Teqlər