İyul 30, 2018 18:53 Asia/Baku
  • Ayətullah Amoli-Laricani: Tramp illüziyalı bir şəxsdir
    Ayətullah Amoli-Laricani: Tramp illüziyalı bir şəxsdir

İranın məhkəmə hakimiyyətinin sədri ABŞ başçılarının İrana qarşı ağılsız ifadələrinə toxunaraq, deyib: Amerika prezidenti daim başqalarını hədələyən ağılsız rəftara malik illüziyalı bir insandır.

Ayətullah Sadeq Amoli-Laricani bu gün ali məhkəmə rəsmilərinin iclasında bildirib ki, amerikalı rəsmilərin anti-İran ifadələri onların zəifliyindən qaynaqlanır. O, deyib: Amerika özünü Asiyanın qərbindəki hadisələrdə və bu bölgədəki hədəflərini həyata keçirmək üçün çəkdiyi xərclərə rəğmən, məğlub görür. Elə buna görə, İran İslam Respublikası quruluşuna qarşı ağılsız sözlər söyləyir.

Ayətullah Amoli-Laricani qeyd edib ki, ABŞ ilə sionist rejimin təhlükəsizlik durumları bir neçə il bundan öncə ilə müqayisədə olduqca pisləşibdir. O, deyib: Bu gün İran İslam Respublikası hər zamandakından daha qüdrətli şəkildə işğal olunmuş Fələstin əraziləri sərhədlərinin arxasında durur.

İranın məhkəmə hakimiyyətinin sədri bildirib ki, Amerika bütün etik və siyasi qırmızı xətləri keçərək, İran xalqını geriyə oturtmaq ardıncadır. O, deyib: Amerikalılar İran xalqını tanımayıblar və bu kimi hərəkətlərlə İran İslam Respublikasını dizə çökdürə bilməzlər.

Teqlər