İran Rusiyada keçirilən hərbçilərin beynəlxalq yarışlarında ikinci olub
https://azeri.sahartv.ir/news/İran-i319248-İran_rusiyada_keçirilən_hərbçilərin_beynəlxalq_yarışlarında_ikinci_olub
İran İslam Respublikası silahlı qüvvələri Rusiyada keçirilən hərbçilərin beynəlxalq yarışlarında ikinci yeri tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2018 06:21 Asia/Baku
  • İran Rusiyada keçirilən hərbçilərin beynəlxalq yarışlarında ikinci olub
    İran Rusiyada keçirilən hərbçilərin beynəlxalq yarışlarında ikinci olub

İran İslam Respublikası silahlı qüvvələri Rusiyada keçirilən hərbçilərin beynəlxalq yarışlarında ikinci yeri tutub.

İRNA-nın verdiyi məlumata görə, İran İslam Respublikası silahlı qüvvələrinin komandası Rusiyada keçirilən hərbçilərin beynəlxalq yarışlarının yekun mərhələsində bir neçə saniyə fərqlə birinciliyi yarışlara ev sahibliyi edən Rusiya komandasına güzəştə getməli olublar. 

"Sülhün Keşikçiləri" adlı hərbçilərin beynəlxalq yarışları atıcılıq, maneələri aşmaq, patrul xidməti və komanda yarışları kateqoriyaları üzrə 4 etapa malik olub. 

Ötən həftənin şənbə günü Rusiyanın paytaxtı Moskva şəhərinin ətrafında start götürən yarışlarda 32 ölkədən gəlmiş 189 komanda iştirak edib.