İran XİN sözçüsü: Tramp sanksiya xəstəliyinə düçar olub
İİR XİN sözçüsü deyib: ABŞ prezidenti Donald Tramp hər bir bəhanə ilə digər ölkələrə sanksiya tətbiq etmək istəyir, sanki xəstədir.
Bəhram Qasimi dünən İRİB-ə verdiyi müsahibədə ABŞ-ın müxtəlif ölkələrə qarşı sanksiyaları barədə deyib: Görünür Tramp sanksiya xəstəsidir ona görə ki, İrandan əlavə Türkiyə, Rusiya və digər ölkələrə qarşı sanksiya siyasəti aparır halbuki bu hərəkət səhvdir, qeyri-qanunidir və beynəlxalq normalara ziddir və sonda Amerikanın məğlubiyyəti ilə nəticələnəcək.
İİR XİN sözçüsü deyib: Beynəlxalq ictimaiyyət və hətta Amerikada ümumi fikir ABŞ hakimiyyətinin birtərəfli və zorakı metodlarının davam etməsinə imkan verməyəcək və öz ölkələrinin suverinliyini müdafiə edən xalqların qələbə çalacaqları qətidir.
Qasimi Livan müqaviməti, xalqı və dövlətinin 33 günlük müharibədə sionist işğalçılara qarşı qələbəsinin 12-ci ildönümünü təbrik edərək deyib: Ümid edirik indiyədək tam vəhdət və yekdilliklə öz tarixi düşmənlərinə qarşı böyük qələbələr çalan Livan müqaviməti və xalqı bundan sonra da var gücləri ilə öz cəmiyyətlərinin inkişafı ə təkamülü yolunda irəliyə doğru hərəkətlərini davam etdirəcək və beynəlxalq ictimaiyyət işğalçı sionist rejimin təcavüz, işğalçılıq və qətldən əl çəkəcəyinin şahidi olacaq.