İran BƏM-də Amerikaya qarşı iki şikayət ərizəsi verib
İran prezidentinin hüquq məsələləri üzrə müavini deyib: İran Beynəlxalq Ədalət Məhkəməsində Amerikanın nüvə anlaşmasından çıxması və Amerika məhkəmələri tərəfindən İrana qarşı çıxarılan hökmlər barədə iki şikayət ərizəsi verib.
İran prezidentinin hüquq məsələləri üzrə müavini Ləyya Coneydi bu gün müxbirlərə deyib: Amerikanın İrana qarşı bəzi hökmləri hüquqi əsaslara görə, qanunsuzdur. Misal üçün, 11 sentyabr hadisəsinin İrana aid edilməsi, iddialı və haqsız hadisələrdir və İran üçüncü ölkələrin məhkəmələrində öz hüquqlarını müdafiə etməkdən əlavə, Beynəlxalq Ədalət Məhkəməsinə də şikayət ərizəsi veribdir.
Coneydi söyləyib: Bu hallarda beynəlxalq hüquq normaları ümumi şəkildə, eləcə də İran ilə Amerika arasında mövcud olan müahidənin prinsipləri də görməməzliyə vurulubdur. Növbə əsasında irəli sürülmüş şikayətlərə qarşıdakı bir ay ərzində Beynəlxalq Ədalət Məhkəməsində baxılacaqdır.
İran prezidentinin hüquq məsələləri üzrə müavini nüvə anlaşması məsələsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə edilmiş şikayətə toxunaraq, deyib: Bu şikayət ərizəsində Amerikanın birtərəfli surətdə çıxması ilə nüvə anlaşması qaydalarının pozulmasından əlavə, azad ticarət qaydaları və bəzi insani məsələlər də qeyd olunubdur.
İran son zamanlar birtərəfli sanksiyaları yenidən tətbiq etdiyinə görə, ABŞ dövlətindən Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edibdir.
Beynəlxalq Ədalət Məhkəməsi də iyulun 24-də ABŞ-ın dövlət katibi Mayk Pompeoya ünvanladığı məktubda İranın ABŞ-a qarşı şikayətinə baxılacağı zamanı elan edərək, Amerika dövlətinə xəbərdarlıq etdi ki, İrana qarşı sanksiyaların birtərəfli şəkildə geri qaytarılması sahəsində hər cür yeni addım atmaqdan çəkinsin.